-
- 5-05-2022, 16:31
- 497
Azərbaycanda ata oğlunu müdafiə edərkən bıçaqlandı – TƏFƏRRÜAT
Mingəçevir şəhər Məhkəməsində ötən ilin may ayında şəhərin Ərəş küçəsində baş vermiş kütləvi dava-dalaşla bağlı açılmış cinayət işinə baxılıb.
News24.az-ın məlumatına görə, məhkəmə prosesi bu ilin aprelin 22-də yekunlaşıb və cinayət hadisəsinin təfərrüatları məlum olub. Müəyyən edilib ki, hadisədən 1 gün əvvəl şəhər ərazisində bir qrup gənc yetkinlik yaşına çatmayan məktəblilərdən pul tələb edib. Uşaqlar pullarının olmadığını bildirdikdə həmin şəxslər onlardan telefonlarını sataraq pulunu verməsini tələb edib və bu zaman mübahisə baş verib. Mübahisənin münaqişəyə çevrilməsi ilə həmin gənclərdən bir neçəsi yeniyetmələri vuraraq xəsarətlər yetirib.
Döyülən uşaqlardan biri olan 2006-cı il təvəllüdlü Murad Əliyevin atası Məhəmməd hadisə barədə öyrəndikdən sonra övladına hücum etmiş şəxslərdən birinin nömrəsini tapıb və onlarla görüş təyin edib. Görüş Ərəş küçəsindəki “Şok” marketin yaxınlığında – Məhəmməd Əliyevin işlədiyi təmir sexinin qarşısında baş tutub. Bu zaman onlar telefonda bir-birlərini söydüklərinə görə mübahisə ediblər. M.Əliyev oğlunun kim tərəfindən vurulmasını soruşub və Aqşin Hüseynov adlı şəxslə dalaşmağa başlayıb. Dava zamanı Aqşinin qardaşı Hüseyn ona bıçaqla zərbələr endirib. Marketin sahibi və digər şəxslərin köməkliyi ilə dava sakitləşdirilib.
Məlumata görə, kütləvi davada hər iki tərəfdən 15 nəfər yaxın şəxs iştirak edib.
Hakim Nemət Paşayevin sədrliyi ilə keçirilən məhkəmə prosesinin yekununda dava zamanı bıçaqlanma hadisəsi törədən 2001-ci il təvəllüdlü Hüseyn Hüseynov Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə təqsirli bilib.
Ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəzasının 1 il 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab edilməsinə qərar verilib.