SOCAR hava şəraiti ilə bağlı məlumat yaydı
    • 6-05-2022, 11:41
    • 205

SOCAR hava şəraiti ilə bağlı məlumat yaydı

Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı SOCAR dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

Bu barədə News24.az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən məlumat verilib. 

Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində müəyyən istehsalat sahələrindən işçilərin təxliyəsi həyata keçirilib.

Həmçinin bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.