-
- 6-05-2022, 18:32
- 300
“Mən həbsdə olanda anamı aldatmısan” deyib bıçaqladı
22 oktyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində Suraxanı rayonu, Binə qəsəbəsində nömrəsiz küçədə tanışı Rəşad S-i bıçaqlayan 1978-ci il təvəllülü Zaur Zeynalov məhkəmə qarşısına çıxarılıb.
News24.az xəbər verir ki, 44 yaşlı şəxs barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) maddəsi ilə açılmış işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, hadisəni törədən şəxs həbsdən yeni çıxıb.
Daha əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilən şəxs azadlığa çıxdıqda anası ona Rəşad adlı qonşularının onu aldadaraq 3 min manat aldığını deyib.
Anasının “Rəşad səni həbsdən buraxdırmağa kömək adı ilə məndən 3 min manat alıb, amma qaytarmır” deməsindən sonra Zaur məsələni aydınlaşdırmaq qərarına gəlib və onunla görüşüb.
O, özünə məxsus avtomobildə Rəşadı otuzduraraq söhbət edib və bu zaman üzərindəki bıçaqla qəfil Rəşadın döş qəfəsinə zərbə endirib.
Rəşadı yaralı vəziyyətdə avtomobildən endirən şəxs daha sonra maşını sürərək uzaqlaşıb.
Rəşad S taksi saxladaraq özünü 3 saylı şəhər xəstəxanasına çatdırıb və əməliyyat olunub.
Məhkəmədə zərərçəkmiş şəxs Zaurun anasındna pul almadığnı deyib və Zaurla münasibət saxlamadığına görə, onun narkotik alverçiləri ilə oturub-durmasına görə ondan uzaq durduğuna görə və bunun Zaurun xoşuna gəlməməsinə görə onu bıçaqladığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi 44 yaşlı Zaur Zeynalovun 7 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.