Mehdiabadda ev yanıb
    • 10-05-2022, 12:15
    • 246

Mehdiabadda ev yanıb

Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsinin və ondulindən ibarət dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə yanıb.

News24.az  FHN-nin saytına istinadən xəbər verir ki,  Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.