Qəbələdə iki nəfəri öldürməyə cəhd edən şəxsin işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ
    • 11-05-2022, 10:26
    • 356

Qəbələdə iki nəfəri öldürməyə cəhd edən şəxsin işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə News24.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2021-ci il oktyabrın 23-də rayonun Zarağan kəndində Gülnarə Qəribovaya və dayısı oğlu Murad Musazadəyə bıçaqla xəsarətlər yetirilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Aparılan istintaqla Ağdaş rayon sakini Sədi Qəribovun qeyd edilən tarixdə Zarağan kəndində yaşayan qohumuna məxsus evdə bacısı Gülnarə Qəribova və dayısı oğlu Murad Musazadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Sədi Qəribov Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmənin hazırlıq iclası yaxın günlərdə başlayacaq.