Məzahir Süleymanzadə dəfn olundu
    • 11-05-2022, 14:10
    • 416

Məzahir Süleymanzadə dəfn olundu

Azərbaycanın tanınmış jurnalisti, AFFA-nın sabiq mətbuat katibi Məzahir Süleymanzadə dəfn olunub.

Mərhum Mərdəkan qəbiristanlığında doğmalarının yanında torpağa tapşırılıb. Dəfn mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov, media nümayəndələri və mərhumun yaxınları iştirak edib.

Çıxış edənlər M.Süleymanzadənin media və idman sahəsindəki xidmətlərindən bəhs edərək, onun vəfatının ciddi itki adlandırıblar. /Report/