Rusiya qoşunları Xarkovdan ÇIXARILDI
    • 12-05-2022, 11:47
    • 598

Rusiya qoşunları Xarkovdan ÇIXARILDI

Rusiya ağır itkilərdən sonra qüvvələrini yenidən təşkil etmək və artırmaq üçün Xarkov vilayətindən hərbi hissələrini çıxarır.

News24.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının gündəlik hesabatında deyilir.

Britaniya kəşfiyyat xidmətlərinin məlumatına görə, Xarkov vilayətindən çıxarılan qüvvələr gücləndirildikdən sonra Severski Donets çayının şərq sahilinə yerləşdiriləcək və əsas rus qoşunlarının cəmləşməsinin qərb cinahını qorumaq üçün bloklayıcı qüvvə təşkil edəcək.