65 yaşa qədər müəllimlər sertifikatlaşdırmada iştirak edə bilər
    • 12-05-2022, 13:01
    • 293

65 yaşa qədər müəllimlər sertifikatlaşdırmada iştirak edə bilər

"Yaşı 65-ə qədər olan bütün müəllimlər sertifikatlaşdırmadan keçə bilər".

News24.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, çalışma yaşı tamam olduqdan sonra fəaliyyətini davam etdirmək istəyən müəllimlər də bu prosesə qoşula bilər.

Eşqi Bağırov eyni zamanda qeyd edib ki, əmək haqqı islahatları nəzərdə tutulduğu təqdirdə, sertifikatlaşdırma nəticələri əsas götürülə bilər.