Bakıda 3 nəfərin öldüyü qəza ilə bağlı YENİ XƏBƏR -VİDEO
    • 13-05-2022, 13:49
    • 432

Bakıda 3 nəfərin öldüyü qəza ilə bağlı YENİ XƏBƏR -VİDEO

Ötən ilin 24 may tarixində Bakı şəhər Xəzər rayonunda 3 nəfərin ölümü, 6 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzasını törətmiş sürücüyə hökm oxunub.

News24.az məlumatına görə, 1961-ci il təvəllüdlü F.Əhmədov barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məlum olub ki, hadisəni törədən ağırtonnajlı yük maşınının sürücüsü «Elaton Servis» MMC-də işləyib və 30 ton ağırlıqlı sement yükü daşıyan “Feldbinder” qoşqulu MAN markalı yük maşınını idarə edib. O, mayın 24-də saat 16 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində idarə etdiyi avtomobilini qarşıda dayanmış S.Məhərovun idarə etdiyi “Mersedes Vito” markalı avtomobilə vurub. Nəticədə S.Məhərovun 3 sərnişini hadisə yerində ölüb, özü və 5 sərnişinsə xəstəxanaya yerləşdiriliblər.

F.Əhmədov bildirib ki, hadisə zamanı Binə körpüsünü keçdikdə “Mercedes Vito” qəfil onun qarşısına çıxaraq 3-4 metr qarşıda saxlayıb. Bu zaman o, əyləci bassa da, idarə etdiyi yük maşınını saxlaya bilməyib və  vurduğu maşını 15 metrə qədər sürüyərək dayanıb.

Nəticədə “Mercedes Vito”nun arxa oturacağında əyləşən 1 qadın və 2 kişi sərnişin hadisə yerində ölüb. Qadın sərnişin gimnaziya müəllimi, ölən digər şəxslərdən biri avtomobil ustası olub. Yaralılar isə dərhal xəstəxanaya aparılıblar. Hadisədən dərhal sonda F.Əhmədov həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi yük maşınının 61 yaşlı sürücüsünü qeyd edilən maddə ilə təqsirli bilib və onun 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə hökm edilib.