Yeraltı dünyanı idarə edənlər: onları kim seçir? - VİDEOREPORTAJ
    • 13-05-2022, 18:31
    • 663

Yeraltı dünyanı idarə edənlər: onları kim seçir? - VİDEOREPORTAJ

Bakı Metropoliteninin təlim-tədris mərkəzində yeni maşinistlərin vəsiqələrinin verilməsi mərasimi keçirilib. 

News24.az xəbər verir ki, qatar idarəçiliyi həvalə olunan 7 müdavim 2021-ci ilin iyul ayında keçirilən təlimlər zamanı seçilib. Onlar xüsusi testlərdən keçirilərək maşinist peşəsinə yiyələniblər.

Qeyd edək ki, ötən ilin fevralında start verilən müsabiqədə 300-ə yaxın şəxs iştirak edib. Nəzəri və praktiki mərhələlərdənsə yalnız 7 nəfər uğurla keçə bilib. Onlar eyni zamanda təcrübə müddətini də uğurla başa vuraraq kadr komissiyasının müsbət rəyini qazanıblar.

Eləcə də, platforma növbətçisi peşəsi üzrə də seçimlər keçirilib. 314 elektron ərizədən 13 nəfər kadr komissiyasını qane edib.

Qeyd edək ki, Bakı Metropolitenində qatar maşinisti və platforma növbətçisi peşələri üzrə növbəti kurslar başlanıb. Bu layihə cari il fevral ayının 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə bağlanmış müqaviləyə uyğun olaraq həyata keçirilir.

Budəfəki təlimlərin öncəkilərdən fərqi iştirakçılara təqaüdlərin verilməsidir. Bəs təlimlər necə həyata keçirilir? 

News24.az təlim mərkəzindən hazırladığı sujeti təqdim edir:


Müxbir: Qumral Əliyeva
Video: Nicat Niftəliyev