-
- 14-05-2022, 14:58
- 701
Qonşuluqda yaşayan gəlinlə kişinin sevgili olduğunu öyrənən Azadənin ŞOK ƏMƏLLƏRİ
Mingəçevirdə qonşuluqda yaşayan qadınla kişini şantaj edən 1988-ci il təvəllüdlü Azadə Babayevaya cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, Kəlbəcər rayonundan məcburi köçkün olan Azadə barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə - xeyli mqidarda əmlak əldə etmək niyyətilə törətildikdə) maddəsi ilə iş açılıb.
Araşdırmalar zaman məlum olub ki, Azadə 1 uşaq anası olmaqla subaydır. O, qonşuluqda yaşayan Kəmalə (şərti adlı) adlı qadının Nazim adlı digər qonşu ilə gizli sevgi yaşadığını öyrənib. Bundan sonra Nazimlə yazışan Azadə ondan Kəmalənin lüt fotolarını əldə edib. Keçmiş rəfiqəsi olan Kəmalənin fotolarını öz telefonuna köçürən qadın daha sonra onu, eləcə də fotoları ona göndərmiş Nazimi şantaj etmək qərarına gəlib. O, Kəmalənin evinə gedərək fotoları onun ərinə göstərəcəyini deyib və 10 min manat pul, həmçinin Nazimdə olan qızıl qulaqcıqları tələb edib.
Azadə bu müddətdə Nazimə də bir neçə dəfə həə mesajları yazaraq Kəmalə ilə sevgili olmasını hər kəsə deyəcəyini, onların lüt görüntülərini yayacağını və nəticədə Kəmalənin ərinin onların ikisini də öldürəcəyini bildirirək qorxudub.
Məlum olub ki, həmin şəxslər Azadə tərəfindən keçən ilin iyun ayında hədə-qorxuya məruz qalıblar. Bundan sonra Azadə dəfələrlə mesaj yazaraq həmçinin üz-üzə gəldikdə onlardan pul tələb edib. Daha sonra isə Kəmalə 10 yaşlı oğlu ilə birlikdə Mingəçevirdə yaşadıqları binanın girişində Azadə ilə qarşılaşdıqda münaqişə yaranıb. Bu zaman Kəmalə Azadənin əlindən telefonu alaraq oğluna verib və qaçaraq sındırmasını deyib. Uşaq da anasının dediyi kimi Azadənin telefonunu məktəbin yaxınlığına apararaq məhv edib.
Məhkəmə Azadə Babayevanın himayəsində azyaşlı uşaq olmasını nəzərə alaraq ona təyin edilmiş 5 illik həbs cəzasını 2023-cü ilədək, yəni uşağın 14 yaşının tamam olması vaxtadək təxirə salıb.