Abşeronda gənc qız 3-cü mərtəbədən YIXILDI
    • 11-03-2022, 01:24
    • 1 297

Abşeronda gənc qız 3-cü mərtəbədən YIXILDI

Abşeron rayonunda gənc qız 3-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 2006-cı il təvəllüdlü Hüseynli Xədicə Samir qızı ehtiyatsızlıqdan 3-cü mərtəbədən yerə yıxılaraq xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır. /Report.az/