-
- 23-02-2022, 14:03
- 596
Evinə girən oğrunu yaxalayan kişi az sonra öldü – ŞOK HADİSƏNİN TƏFƏRRÜATI
2020-ci ilin 20 avqust tarixində gecə saatlarında Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində mənzildən oğurluğa cəhd etmiş Asğsu rayon sakini, 1988-ci il təvəllüdlü Valeh Vəliyev məhkəmə qarşısına çıxarılıb.
News24.az-ın məlumatına görə, Qaradağ rayon Məhkəməsində Cinayət Məcəlləsinin 29.177.2.3-cü maddəsi ilə açılmış işin araşdırılması zamanı məlum olub ki, hadisədən bir qədər sonra ev sahibi vəfat edib.
Belə ki, əvvəllər 4 dəfə oğurluğa görə tutulmuş şəxs Müşfiqabad qəsəbəsində tanıdığı Səhrəddin adlı şəxsin evinə pəncərədən oğurluğa girib. Hadisə vaxtı yatmağa hazırlaşan kişi bir qədər sonra mənzildə oğrunun olduğunu bilib. Digər otağa keçən kişi oradakı 700 manat pulu götürüb qaçmaq istəyən Valehi tutub. Bu zaman ona həyat yoldaşı da kömək edib. Ev sahibi xanımına polis çağırmasını deyib və qadın telefonu götürmək üçün otaqdan çıxıb. Bu zaman Səhrəddin kişiyə aktiv müqavimət göstərən şəxs ona zərbələr endirərək əlindən çıxıb və gəldiyi pəncərədən qaçıb.
Hadisədən bir qədər sonra halı pisləşən mənzil sahibi dünyasını dəyişib.
Məhkəmədə şahid kimi çıxış edən ev sahibinin həyat yoldaşı təqsirləndirilən şəxsi bağışlamadığını bildirib.
Qaradağ rayon Məhkəməsi bir neçə gün əvvəl oğurluğa cəhd etmiş şəxsə hökm oxuyub, onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.