-
- 17-05-2022, 10:14
- 442
Agentlikdə ictimai dinləmə keçiriləcək
Sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi haqqında ictimaiyyətin məlumatlandırılması məqsədilə mayın 20-də saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək.
Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov News24.az-a bildirib ki, layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, ekspert-mütəxəssislərin iştirakı ilə keçiriləcək ictimai dinləmədə Agentliyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinləniləcək.
M.Qənbərov ictimai dinləmədə iştirak etmək istəyənləri 20 may 2022-ci il tarixində Dövlət Ekoloji Ekspertiza Agentliyinə (ünvan: Heydər Əliyev prospekti 10) dəvət edib.