"Formula 1": Rusiya Qran-prisini başqa yarış əvəzləməyəcək
    • 18-05-2022, 16:52
    • 650

"Formula 1": Rusiya Qran-prisini başqa yarış əvəzləməyəcək

"Formula 1" üzrə dünya çempionatında 2022 mövsümü 22 mərhələdən ibarət olacaq.

News24.az  yarışın rəsmi saytına istinadən xəbər verir ki, ləğv edilən Rusiya Qran-prisinin əvəzinə təqvimə başqa mərhələ salınmayacaq.

Qeyd edək ki, Rusiya Qran-prisi 23 - 25 sentyabrda Soçidə təşkil olunmalı idi. Qurum Ukraynaya hərbi müdaxilə ucbatından yarışı Rusiyada keçirməməyi qərarına gəlib. 10 - 12 iyunda isə Bakının mərkəzi küçələrində Azərbaycan Qran-prisi keçiriləcək.