İndiyədək 17200 hektardan artıq ərazi mina və sursatlarından təmizlənib - MN
    • 19-05-2022, 18:39
    • 269

İndiyədək 17200 hektardan artıq ərazi mina və sursatlarından təmizlənib - MN

Azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində may ayının 1-dən 19-dək olan müddət ərzində 950 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ümumilikdə 6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə və 9400 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.