Bakıda barələrində cinayət işi açılan bacı-qardaşa bəraət verildi
    • 20-05-2022, 10:19
    • 228

Bakıda barələrində cinayət işi açılan bacı-qardaşa bəraət verildi

Nərimanov rayon Məhkəməsində xuliqanlıq əməlində təqsirləndirilən bacı-qardaşın işinə baxılıb.

News24.az-ın məlumatına görə, məhkəmə barələrində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq-bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə iş açılmış 1992-ci il təvəllüdlü Elçin Məmmədov və bacısı, 1993-cü il təvəllüdlü Zərifə Məmmədovanın günahlarının sübuta yetirilməməsi qənaətinə gələrək onlara bəraət verib.

Məhkəmədə məlum olub ki, hadisə 2020-ci ilin avqut ayına Montin qəsəbəsi – Bünyatzadə küçəsində baş verib. Polisə müraciət edən L.Turabova həyat yoldaşının əmisi oğlu Elçin və əmisi qızı Zərifənin hücumuna məruz qaldığını, onlar tərəfindən küçədə insanların gözü qarşısında döyüldüyünü bildirib.

Elçin və Zərifə isə bildirib ki, həmin gün L.Turabova özü onları oraya əvət edərək zirzəminin qapısını açmasını istəyib. Həmçinin Zərifə qeyd edib ki, hadisədən bir müddət əvvəl əmisi oğli, yəni L.Turabovanın həyat yoldaşı onu döyüb və buna görə polisə müraciət edib.