-
- 20-05-2022, 11:00
- 351
Bakıda mağazalardan 13 min manatdan çox oğurluq edildi
Bakıda mağazalardan 13 000 manatdan çox oğurluq edilib.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə H.Seyidzadə küçəsində yerləşən mağazadan 95 manat pul və 3500 manat dəyərində tütün məmulatı, H.B.Əliyev küçəsindəki digər mağazadan isə 10 000 manat dəyərində 22 ədəd mobil telefonun oğurlanması barədə müraciətlər daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Naftalan şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Həsən Əmirov və Sabirabad rayon sakini Ruhid Məmmədov müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.