-
- 25-05-2022, 17:17
- 508
Deputatdan nazirə CAVAB: “Qazın qiyməti aşağı olsa da, insanların qazancı QƏPİK-QURUŞDUR”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifovun fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
“Ötən ilin əvvəlində bir çox neft məhsulları üzrə liberallaşdırmaya getdik. Biz faktiki olaraq qaz üzrə qiymətləri 2 dəfəyə qədər artırdıq. Amma bu, indi dünyada qazın qiyməti ilə müqayisədə çox aşağıdır. Hökumət bu məsələlərdə çox ehtiyatla davranır”, - deyə nazir bildirib.
News24.az xəbər verir ki, millət vəkili Razi Nurullayev bu fikirlərə münasibət bildirib.
Deputat Feysbuk hesabında bunları yazıb: “Azərbaycanda başqa ölkələrə nisbətən qazın qiymətinin aşağı olması fikri ilə razılaşmaq olar. Amma, əlavə edək ki, nəzərdə tutulan başqa ölkələrə nisbətdə bizim insanlarımızın qazancı da qəpik-quruşdur, heç nədir. Ədalətli olmaq və qıcıq doğurmamaq üçün gərək bunu da deyək. Birtərəfli danışanda ədalət tərəzisi pozulur”.