Tətil günlərini milli parklarımızın əsrarəngiz guşələrində keçirin! - FOTOLAR
    • 27-05-2022, 16:37
    • 376

Tətil günlərini milli parklarımızın əsrarəngiz guşələrində keçirin! - FOTOLAR

Təbiətin göz oxşayan gözəlliklərini görmək, füsunkar təbiət mənzərələrindən zövq almaq istəyirsinizsə,  bayram və istirahət günlərində milli parklarımıza səyahət edin! 

Dağlı, çəmənli, meşəli, şəlaləli milli parklarımız təbiətimizin ən heyrətamiz guşələridir. Bayram və tətil günlərini bu gözəl mənzərələrlə keçirin! 

Göygöl Milli Parkını səyahət etməklə Kəpəz dağının ətəyində bir-birindən gözəl göllərin əhatəsində yerləşən təbiət abidələrinin şahidi olacaqsınız.





Altıağac Milli Parkının meşəlikləri və çəmənlikləri əsrarəngiz peyzajı ilə göz oxşayır.





Şahdağ Milli Parkının dağlıq və dağətəyi landşaftı zubrlarla daha gözəldir.  





Azərbaycanın cənub hissəsinin ən gözəl təbiət abidəsi olan Hirkan Milli Parkı rəngarəng təbiəti ilə cəlbedicidir.





Dəniz və ada mənzərəli, Azərbaycanın ən ucqar şərq nöqtəsi olan Abşeron Milli Parkı öz unikallığı ilə seçilir.





Ağgöl Milli Parkının düzən və çiçəkli əraziləri təbiətə daha da gözəllik qatıb.





Xəzər dənizini sıx meşələrlə birləşdirən Samur-Yalama Milli Parkının fərqli gözəlliyi var.





Ölkənin ən böyük ornitoloji məkanı olan Qızılağac Milli Parkındakı gözəl mənzərələri görmək fürsətini qaçırmayın!





Ceyranlar oylağı olan Muğan düzünün gözəlliklərini Şirvan Milli Parkında seyr edin.