Nobel mükafatçısı "TEKNOFEST Azərbaycan" da olub
    • 28-05-2022, 13:17
    • 353

Nobel mükafatçısı "TEKNOFEST Azərbaycan" da olub

Nobel mükafatı laureatı türkiyəli alim Aziz Sancar TEKNOFEST Azərbaycandakı stendləri ziyarət edib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Azərbaycanı Türkiyədən ayırmadığını deyən Sancar, "Azərbaycan mənim üçün çox xüsusi bir yerdir. Azərbaycan mənim vətənimdir. Ona görə də özümü vətənimə gəlmiş hesab edirəm" deyib.

İki Qovan və Akıncı kimi təyyarələri araşdıran Sancar, daha sonra yarışma sahəsini gəzib. Müsabiqə iştirakçıları Sancarla xatirə şəkli çəkdirib, ondan avtoqraf alıblar.