-
- 31-05-2022, 14:37
- 254
Qubada 2 qardaş həyətlərinə gələn şəxsi vəhşicəsinə döydü
Martın 9-da Qubanın Birinci Nügədi kəndində həmyerliləri tərəfindən döyülən şəxs polisə müraciiət edib.
News24.az-ın məlumatına görə, hadisə vaxtı Mirzə adlı şəxs ondan yaşca kiçik olan Fuad adlı şəxslə kənddəki mağazanın qarşısında mübahisə edib. Bu zaman Fuad onu söyüb və evlərinə gedib. Mirzə isə Fuadın arxasıyca onların evinə gedərək anasına şikayət etmək istəyib. O, Fuadgilin evinin həyətinə daxil olandan sonra Fuad və qardaşı Fərhadın hücumuna məruz qalıb. Iki qardaş Mirzəyə zərbələr endirərək ona xəsarətlər yetiriblər. Başından və sifətindən xəsarət alan şəxs daha sonra polisə müraciət edib.
İki qardaş barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə iş açılıb. Quba Rayon Məhkəməsi onların hər birinə qazanclarının 20 faizinin dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işlərinə məhkum edilməsinə hökm edib.