Peyvənd olunanların sayı açıqlandı
    • 31-05-2022, 16:33
    • 175

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 2162 nəfər vaksinasiya olunub.

Bu barədə News24.az-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 304, ikinci doza vaksinlərin sayı 176 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 494-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 188 olub.