Bakıda qadın meyiti tapıldı
    • 31-05-2022, 22:11
    • 200

Bakıda qadın meyiti tapıldı

Bakıda qadın meyiti aşkarlanıb.

Bu barədə News24.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Kazımzadə Canetta Əliağa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.