Müəllimlərin iş yerinin dəyişdirilməsində 950 nəfər uğur qazanıb
    • 3-06-2022, 17:31
    • 217

Müəllimlərin iş yerinin dəyişdirilməsində 950 nəfər uğur qazanıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sayı açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

Bildirilib ki, ümumilikdə 950 nəfər müsabiqəni uğurla tamamlayıb.

Onlardan 372-si həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələrdə 3-5 il, 335-i həmin müəssisələrdə 5 il və daha artıq müddətə çalışanlar, 21-i şəhid ailəsi üzvü olanlar, 55-i hərbçi ailəsi üzvü olan, 495-i isə həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələrə yerdəyişmə edən namizədlərdir.