Abşeron Milli Parkında "Ümumdünya Ətraf Mühit Günü" qeyd edildi
    • 4-06-2022, 17:29
    • 297

Abşeron Milli Parkında "Ümumdünya Ətraf Mühit Günü" qeyd edildi

Abşeron Milli Parkında "Ümumdünya Ətraf Mühit Günü" qeyd edilib.

News24.az xəbər verir ki, Abşeron Milli Parkında "Ümumdünya Ətraf Mühit Günü"nə həsr olunmuş "Ekosistem xidmətləri və onların yaratdıqları dəyərlər" mövzusunda tələbə və gənclərin iştirakı ilə görüş keçirilib.  

Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri, Ekosistem Xidmətləri və Biomüxtəliflik üzrə Beynəlxalq Ekspert Panelinin üzvü Rövşən Abbasov mövzu ilə bağlı çıxış edərək, tələbə və gənclərə ətraf mühitin mühafizəsi, ekosistemin qorunması, iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması, su ehtiyatlarından səmərəli istifadə, bərk və məişət tullantılarının idarə olunması sahəsində beynəlxalq təcrübə barədə, eləcə də, Xəzər dənizində qeydə alınan səviyyə tərəddüdləri haqqında məlumat verib. 

Görüşün sonunda ekspert iştirakçıları maraqlandıran sualları cavablandırıb.