-
- 4-06-2022, 22:23
- 373
ÜST peyvəndin təsirsiz olacağı daha təhlükəli COVID-19 ştammı barədə xəbərdarlıq etdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus mövcud peyvəndlərin təsirsiz olacağı yeni, daha təhlükəli COVID-19 ştammı barədə xəbərdarlıq edib.
“Hazırda SARS-CoV-2 virusunun yeni, daha virulent ştammının yaranması üçün real təhlükə var və o, mövcud vaksinlərin təsirindən yayına biləcək”, - deyə təşkilat rəhbəri bildirib.
O, ÜST-ün bəzi regionlardakı tendensiyalardan narahatlığını çatdırıb və qeyd edib ki, Afrika və Qərbi Sakit Okean regionunda ölüm hallarının sayı artmaqdadır.
“Pandemiyanın bitdiyini söyləmək hələ tezdir. O bitməyib”, - deyə Gebreyesus vurğulayıb.
Təşkilat rəhbəri virusun necə təkamül edəcəyini proqnozlaşdırmağın çox çətin olduğunu qeyd edib./Baku.ws/