"Səbail" futbolçusu ilə müqaviləni uzatdı
    • 5-06-2022, 14:29
    • 318

"Səbail" futbolçusu ilə müqaviləni uzatdı

"Səbail" klubu futbolçusu Tural Bayramlı ilə müqavilənin müddətini uzadıb.

News24.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi daha iki il "dənizçilər"in formasını geyinəcək.

Qeyd edək ki, Tural Bayramlı yanvarın 13-dən "Səbail"də çıxış edir.