Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıldı
    • 6-06-2022, 11:58
    • 252

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıldı

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb

News24.az xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 1-də Masallı rayonu ərazisində Bakı şəhər sakini Elvin Musayevin idarə etdiyi “Renault”,  iyunun 4-də isə Bakı şəhər sakini Nəcəf Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillər saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilmiş və barələrində inzibati protokollar tərtib olunaraq Masallı rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə E.Musayev nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 5 gün müddətinə, N.Məmmədov isə 5 gün müddətinə inzibati qaydada həbs olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.