Azərbaycanda sərxoş dostlar dəhşət yaşadı – Maşın iki yerə bölündü
    • 6-06-2022, 15:21
    • 296

Azərbaycanda sərxoş dostlar dəhşət yaşadı – Maşın iki yerə bölündü

Ötən ilin 16 mart tarixində gecə saat 23 radələrində Gəncədə baş vermiş dəhşətli yol qəzası ilə bağl açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, “MAN” markalı yük maşını ilə Gəncənin girişində Nizaminin məqbərəsinin qarşısındakı tuneldə ağır qəza törədən 1980-ci il təvəllüdlü Razim Zeynalov Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə məlum olub ki, hadisədən əvvəl Razim dostu Elgün Nəbiyevlə yeyib-içib. Daha sonr aonlar birlikdə Kürdəmirə yola düşüblər. Bu zaman Elgünün atası ona zəng edərək çərşənbə axşamı olduğunu, evdə bayram süfrəsi açıldığını deyib. Elgün əvvəlcə gələcəyini desə də, sonra Gəncədən Kürdəmirə yola düşdüyünü bildirib. atası isə onun onun Kürdəmirə getməsinə etiraz edib.bundan bir qədər keçdikdən sonra isə Razim və Elgünün tuneldə qəzaya düşməsi, yük maşınının sürətlə tuneldəki beton dirəyə çırpılması və maşının parça-parça olması məlum olub. Nəticədə E.Nəbiyev hadisə yerində ölüb, sürücü isə ağır xəsarətlər alıb və uzun müddət müalicə olunub.

Gəncə Ağır Cinayələr Məhkəməsi Razim Zeynalovu törətdiyi əmələ görə 3 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmsinə hökm edib. Lakin onun cəzası 3 il sınaq müdəti təyin edilməklə şərti hesab edilib.