Gələcəkdə yeni uşaq bağçalar tikilə bilər
    • 7-06-2022, 16:48
    • 287

Gələcəkdə yeni uşaq bağçalar tikilə bilər

“Azərbaycanda hər il yeni məktəb binasının tikintisi həyata keçirilir. Xüsusilə də əhali sayı çox olan ərazilərdə yeni məktəblər tikilir, yaxud əlavə korpuslar inşa olunur. Gələcək illərdə oxşar təcrübənin bağçalar üçün də şamil edilməsi mümkün ola bilər”.

News24.az xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda deyib.

Şöbə müdiri xatırladıb ki, bağçalar nazirliyin balansına az müddətdir verilib: “Bu səbəbdən hazırda araşdırma mərhələsindəyik. İnanıram ki, gələcəkdə hansı ərazilərdə yeni bağça inşasına ehtiyac olarsa, bu barədə təkliflər verilə bilər”.