"Formula 2"- nin qalibi o oldu
    • 11-06-2022, 14:56
    • 2 379

"Formula 2"- nin qalibi o oldu

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibləri mükafatlandırılıb.

News24.az-ın məlumatına görə, "ART Grand Prix" komandasından Frederik Vesti birinci, "Prema Racing"dən Jehan Daruvala ikinci, "Carlin"dən Liam Louson üçüncü olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.

Teymur MƏMMƏDOV