Fil qadını tapdalayaraq öldürdü
    • 13-06-2022, 21:06
    • 363

Fil qadını tapdalayaraq öldürdü

Hindistanda fil 70 yaşlı Maya Murmanı tapdalayaraq öldürüb.

News24.az xəbər verir ki, qadın Odişa əyalətində quyudan su daşıyarkən bir fil ona tərəf qaçıb. Heyvan qadını tapdalayıb və o, yaxınlıqdakı xəstəxanaya çatıdırlsa da, nəticəsi olmayıb.

Yerli ənənəyə uyğun olaraq qadının meyiti yandırılmaq üçün meşəyə gətirilib. Bu zaman qatil fil peyda olub və qadının cəsədinə hücum edib. Fil meyiti xortum və dişlərilə havaya tullayıb.
Sakinlərin səyi nəticəsində fil ərazidən uzaqlaşdırılıb və dəfn mərasimi başa çatdırılıb.