Sabirabad sakini bıçaqlanıb
    • 16-06-2022, 21:33
    • 231

Sabirabad sakini bıçaqlanıb

Sabirabad sakini bıçaqlanıb.

Hadisə Sabirabad rayonunun Ulacalı kəndində baş verib.

Həmin kənd sakini, 1993-cü il təvəllüdlü Əzizov Umud Şakir oğlu ürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.