-
- 18-12-2018, 16:17
- 735
Prezident: “Sağlamlığı təmin və bərpa etmək üçün Azərbaycanda bütün şərait var”
“Ölkəmizdə bu sahədə aparılan işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. BMT-nin Minilliyin İnkişaf Məqsədləri Proqramı çərçivəsində, o cümlədən səhiyyə sahəsində aparılan işlər yüksək qiymətə layiqdir”.
Bunu Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun kollektivi ilə görüşdə deyib.
“Həmçinin Dünya Səhiyyə Təşkilatı bizim işimizi yüksək qiymətləndirir. Bir sözlə, bu sahədə aparılan islahatlar və dövlət tərəfindən qoyulan vəsait öz nəticəsini verir. Nəticə də ondan ibarətdir ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, gənc nəsil sağlam həyat tərzi sürsün, pis vərdişlərdən uzaq olsun. Sağlamlığı təmin və bərpa etmək üçün Azərbaycanda bütün şərait var. Bir daha demək istəyirəm ki, bu institutun yenidən fəaliyyətə başlaması bu sahədə atılan çox önəmli addımdır”, - dövlət başçısı əlavə edib.