Dünyada qaçqın uşaqların sayı rekord həddə çatıb
    • 18-06-2022, 12:42
    • 239

Dünyada qaçqın uşaqların sayı rekord həddə çatıb

2021-ci ilin sonunda öz evlərini tərk etmək məcburiyyətində qalan uşaqların sayı 36,5 milyona çatıb.

News24.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə UNICEF məlumat yayıb.

Bildirilib ki, bu, İkinci Dünya müharibəsi bitəndən indiyədək qeydə alınmış ən yüksək göstəricidir.

Bura təbii fəlakətlər nəticəsində qaçqın olmuş uşaqların sayı daxil edilməyib.