Ukraynada ölən uşaqların sayı açıqlandı
    • 15-06-2022, 10:51
    • 285

Ukraynada ölən uşaqların sayı açıqlandı

Ukraynada müharibə başlayan gündən indiyə qədər 313 uşaq həlak olub.

News24.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Qeyd edilib ki, iyunun 15-i səhər saatlarına olan məlumata görə, Ukraynada ölən uşaqların sayı 313-ə, yaralananları sayı isə 579-a çatıb. Bildirilib ki, ancaq bu rəqəmlər yekun deyil.