Goranboyda 1 tondan çox çətənə kolu məhv edilib
    • 21-06-2022, 01:31
    • 256

Goranboyda 1 tondan çox çətənə kolu məhv edilib

Goranboy rayonunda polis əməkdaşları 80 sot sahədə aşkarlanan 4 312 ədəd çətənə kolunu məhv ediblər.

 Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Eyvazlılar kəndində aşkarlanan 1 ton 480 kiloqram çəkidə olan 4 312 ədəd yabanı halda bitmiş çətənə kolları məhv edilib.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən rayon ərazisində yabanı halda bitmiş çətənə kollarının məhv edilməsi prosesi mütamadi olaraq davam etdirilir. /Report/