Cinsi yolla yoluxan xəstəliklərin sayı KƏSKİN ARTACAQ - RƏSMİ
    • Bu gün, 15:41
    • 414

Cinsi yolla yoluxan xəstəliklərin sayı KƏSKİN ARTACAQ - RƏSMİ

Ümumdünya Səhiyyə Təşkilatı Z nəslinin cinsi qoruyuculardan istifadə etmədiyinə dair məlumat yayıb.

News24.az Sfera.az-a istinadla xəbər verir ki, təşkilat cari vəziyyəti narahatedici adlandırıb. Açıqlanan məlumata görə, aparılan tədqiqatlar nəticəsində dünya üzrə gənclərin üçdə birinin cinsi qoruyuculardan istifadə etmədiyi məlum olub.

"Əgər vəziyyət dəyişməzsə, qarşıdakı illərdə cinsi yolla yoluxan xəstəliklərin sayında kəskin artım gözlənilir".

Qeyd edək ki, gənc qadınlar arasında cinsi qoruyuculardan ən az istifadə edən ölkə Albaniya (24%), ən çox istifadə edən ölkə isə Serbiyadır (81%). Gənc kişilər arasında isə ən az istifadəçilər İsveçdə (43%), ən çox istifadəçilər isə İsveçrədədir.