"Azdrama"nın nəzarətçiləri gəncləri şlanqla suladı - VİDEO
    • 21-06-2022, 19:10
    • 267

"Azdrama"nın nəzarətçiləri gəncləri şlanqla suladı - VİDEO

Bu gün Ümumdünya Skeydbordçular günüdür. 

Bu günlə əlaqədar olaraq bir qrup gənc Bakının mərkəzində, Nəsimi rayonu, Füzuli küçəsində, Akademik Milli Dram Teatrı qarşısında öz məharətlərini göstərməyə çalışacaqdılar. Lakin “Azdrama”nın qarşısında iki nəfər (nəzarətçi olduğu güman edilir) gənclərin skeytbord sürməsinin qarşısını almaq məqsədilə asfaltı şlanqla sulayıblar. Gənclər etiraz etməyə çalışsalar da öz istəklərinə nail ola bilməyiblər. 

Heç kəsə zərər verməyən, şəhərə daha da rəng qatan bu gəncləri özəl gündə məyus ediblər. Onlar narkoman deyillər, əlitəsbehli "qaqaş" deyillər ki, cəmiyyətə pis örnək olsunlar. Əksinə, belə gənclərə daha da dəstək olmaq əvəzinə baltalamaq bir yana sulamağa başlayıblar. Sonra da gileylənirsiniz ki, "gənclik günü-gündən pozulur". 

Xarici ölkələrdə hətta Afrikada belə skeytbordla məşğul olan gənclərin rahatlığı üçün xüsusi məkanlar hazırlanır, yarışlar keçirilir, mükafatlar verilir. 
 

Biz nə qədər mədəniyyətə ac olacayıq, urban mədəniyyətdən gen düşəcəyik cəmiyyəti avara, tüfeyli həyat sürən gənclər zəbt edəcək! /Qazet.az/