DİN açıqladı - Çox sayda saxlanılan var
    • 22-06-2022, 10:12
    • 221

DİN açıqladı - Çox sayda saxlanılan var

İyunun 21-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 70-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 21-inin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.