Kəlbəcərdə cüyür balası tapıldı  – DİN-dən xəbərdarlıq
    • 22-06-2022, 12:19
    • 713

Kəlbəcərdə cüyür balası tapıldı – DİN-dən xəbərdarlıq

İşğaldan azad olunan ərazilərdə flora və faunanın mühafizəsi daxili İşlər orqanlarının diqqət mərkəzindədir, xüsusi olaraq nəzarət tədbirləri həyata keçirilir.

News24.az xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Həmin ərazilərdə nadir heyvan növlərinin – dağ keçiləri, cüyürlər, ayılar, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, ona zərər yetirilməsinə icazə verilmir. Həmin əraziyə gedən şəxslər bu barədə təlimatlandırılır.

O gözəlliyi qorumaq, onun genişlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə Daxili İşlər Nazirliyi tərəfindən polis və Daxili Qoşunların hərbi qulluqçularına müvafiq göstərişlər verilib.