İlon Mask minlərlə işçisini işdən çıxarır
    • 22-06-2022, 17:04
    • 293

İlon Mask minlərlə işçisini işdən çıxarır

Məşhur iş adamı, Tesla və SpaceX şirkətlərinin CEO-su Elon Musk, Tesla-nın yaxın üç ayda maaşlı işçi qüvvəsini 10 faiz azaldacağını və bu prosesdə saatlıq işçilərin sayını artıracağını söyləyib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, kütləvi ixtisarlarla bağlı Tesla-nın iki keçmiş işçisinin məhkəmə iddialarına toxunan Mask, iddiaların əhəmiyyətli olmadığını və heç bir əsası olmadığını bildirərək, "Bu, kiçik nəticələri olan kiçik bir işdir" dedi.

Qeyd edək ki, dünyanın ən zəngin adamı Elon Musk, Tesla-nın ümumi işçi qüvvəsinin 3,5 faizini işdən çıxaracaq.