Bakıda 17 yaşlı qız binadan yıxılıb öldü - Foto
    • 24-06-2022, 17:22
    • 475

Bakıda 17 yaşlı qız binadan yıxılıb öldü - Foto

Bakıda 17 yaşlı qız çoxmərtəbəli binadan yıxılaraq ölüb.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Həsən Məcidov küçəsində yerləşən binada yaşayan 2005-ci il təvəllüdlü A.Salahova yaşadığı mənzilin eyvanından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

İlkin məlumata görə, A.Salahova epilepsiya xəstəsi olub.

Faktla bağlı araşdırma aparılır.