-
- 24-06-2022, 21:19
- 477
Bakı metrosunda üç nəfər huşunu itirdi - YENİLƏNDİ- FOTO
“Bakı Metropoliteni” QSC gün ərzində metroda daha bir sərnişinin vəziyyətinin pisləşməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov News24.az-a- açıqlamasında bildirib ki, xanım sərnişinlərdən biri metronun “Azadlıq” stansiyasının platdormasında özünü pis hiss etdiyini deyib:
“Metropoliten əməkdaşları xanıma ilkin yardım göstərib. Sərnişin özü təcili tibbi yardım briqadasının çağırılmasını istəməyib. Özünə gəldikdən sonra yoluna davam edib”.
***
Bu gün metronun “Gənclik” stansiyasında iki sərnişinin halı pisləşib.
Bu barədə News24.az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bir qadın və bir kişi sərnişinlərdə qıcolma əlamətləri müşahidə olunub. Təcili Tibbi Yardıma müraciət olunub və iki briqada göndərilib.
Onlara ilkin tibbi yardım göstərilib. Daha sonra sərnişinlər öz yollarına davam ediblər.