DİN bələdiyyə sədrinin ölümü ilə bağlı məlumat yaydı
    • 27-06-2022, 11:01
    • 264

DİN bələdiyyə sədrinin ölümü ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Göygöldə bələdiyyə sədrinin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, iyunun 25-də saat 1 radələrində Göygöl rayonunun Zurnabad kəndi ərazisində Asif Bayramov idarə etdiyi “TOFAŞ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.


Qeyd edək ki, Asif Bayramov Göygöl rayon Zurnabad kənd bələdiyyəsinin sədri idi.