Petr Çex "Çelsi"dən ayrılır
    • 27-06-2022, 12:23
    • 228

Petr Çex "Çelsi"dən ayrılır

İngiltərənin "Çelsi" futbol klubunda texniki məshələtçi vəzifəsini yerinə yetirən Petr Çex iyunun 30-da London təmsilçisindən ayrılacaq.

News24.az "zadəganlar"ın rəsmi saytına istinadən xəbər verir ki, çexiyalı veteran qapıçı ilə başa çatan müqavilə yenilənməyəcək.

40 yaşlı mütəxəssis öz istəyilə paytaxt klubunu tərk edəcək.

Qeyd edək ki, Petr Çex 2004 - 2015-ci illərdə "Çelsi"də çıxış edib.

 O, 2019-cu ildən texniki məshələtçi vəzifəsini yerinə yetirir.