Bu məşhur səhnəyə LGBT bayrağı ilə çıxdı, izləyicilər zalı tərk etdi - VİDEO
    • 27-06-2022, 16:37
    • 323

Bu məşhur səhnəyə LGBT bayrağı ilə çıxdı, izləyicilər zalı tərk etdi - VİDEO

 Türkiyəli müğənni Gülşən səhnəyə LGBT-nin bayrağı ilə çıxıb.

News24.az “Haberler.com”a istinadla xəbər verir ki, Antalyada konsert proqramı ilə çıxış edən sənətçinin bu hərəkəti izləyicilərin xoşuna gəlməyib. 

Müğənninin “Hər kəsin cinsəl kimliyi və həyatı özünə aiddir. Bunu bu gecə buradan göstərək. Rənglərimizi göstərməkdən qorxmayaq, dostlar! Hər kəsin rəngi özünə aiddir və rənglər çox gözəldir. Buna başqası qərar verə bilməz. Həyatımızın sahibi özümüzük! Nə istəyirik, nəyi sevirik, nəyi olmaz, hansı rəngdəyik? Bax biz oyuq” sözlərinin ardınca tamaşaçıların əksəriyyəti zalı tərk edib.

Amma iştirakçılar arsında Gülşəni dəstəkləyənlər də olub.