“Rusiya haqda bunu deməyəcəm” – Makrondan Zelenskiyə mesaj
    • 28-06-2022, 21:17
    • 203

“Rusiya haqda bunu deməyəcəm” – Makrondan Zelenskiyə mesaj

Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenskinin Rusiyanı “terrorizmə sponsorluq edən dövlət” mesajına münasibət bildirib.

News24.az xəbər verir ki, jurnalistin məsələ ilə əlaqədar sualını cavablandıran Makron buna ehtiyac olmadığını deyib.

Fransa lideri Rusiya üçün “terrorizmi maliyyələşdirən sponsor dövlət” kimi ifadələrdən istifadə etməyəcəyini vurğulayıb:

“Bu sanksiyaları həyata keçirmək üçün heç bir tərifə ehtiyacımız yoxdur”.