Solovyov Azərbaycandan üzr istədi
    • 29-06-2022, 13:00
    • 633

Solovyov Azərbaycandan üzr istədi

Rusiyalı teleaparıcı Vladimir Solovyov özünü separatçı banda olan “dqr”in “xarici işlər naziri” kimi təqdim edən David Babayan ilə "Tam əlaqə" verilişində müsahibə etdiyi üçün Azərbaycandan üzr istəyib.

 Babayanın Solovyovun verilişində aglına gələni danışması bir qırağa, bu adamın efirdə peyda olmasının özü belə qəbuledilməz faktdır.

“Mən böyük siyasi səhv buraxdım. Bu, mənim səhvimdir, üzr istəyirəm və Azərbaycan tərəfinə efir verməyə hazıram”, - deyə Solovyov qeyd edib. /Axar.az/